Ordu.az Bigmir.net saytına istiandən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.
“Ukraynaya artıq “Javelin”lərin göndərilməsi ilə bağlı dəqiq məlumata sahib deyiləm. Hərçənd əgər onlar göndəriliblərsə belə, bu məlumatı açıqlamaq doğru olmaz”, - deyə Nauret bildirib.
Qeyd edək ki, daha öncə Ukrayna müdafiə naziri Stepan Poltorak Ukraynanın artıq cari il çərçivəsində “Javelin” kompleksləri ilə təchiz olunacağını açıqlayıb.
Ağalar Qəribov
Ordu.az