Ordu.az “Foreign Policy” nəşrinə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz Rusiya tərəfindən NATO-nun hər hansı üzvünə qarşı təhdid görmürük. Lakin əgər Rusiya Baltikyanı ölkələrə daxil olsa, bu, NATO tərəfindən cavab tədbirlərinə səbəb olacaq. Çünki NATO özünün bütün üzvlərini təhlükələrdən qorumaq üzrə məsuliyyət daşıyır”, - deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, hazırda Alyans Baltikyanı ölkələrə xeyli sayda qoşun birləşmələri yerləşdirməklə onların təhlükəsizliyini təmin etməyə çalışır.
Ağalar Qəribov
Ordu.az