Yaponiya ABŞ-dan F-35-lərin alışını genişləndirmək istəyir

2018/02/F-35-Nellis56456_1519195012.jpg
Oxunub: 4148     14:35     21 Fevral 2018    
Yaponiya hökuməti Birləşmiş Ştatlardan alınacaq 5-ci nəsil F-35A qırıcılarının sayını genişləndirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda qarşıdakı 6 il ərzində Yaponiyanın ABŞ-dan artıq alınması planlaşdırılan 42 qırıcıdan əlavə daha 20 F-35A almasının nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, hər qırıcı Yaponiya rəhbərliyinə təxminən 100 milyon dollara başa gələcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya-ABŞ   F-35  


Bizi "telegram"da izləyin