Rusiya və Pakistan anti-terrorizm üzrə komissiya formalaşdıracaq

2018/02/76F38670-822D-414B-B9E7-3BE5FFC9AC14_w1023_r1_s45645_1519194625.jpg
Oxunub: 2753     14:29     21 Fevral 2018    
Rusiya və Pakistan regionda İŞİD-ə qarşı mübarizə məqsədilə hərbi əməkdaşlıq üzrə komissiya formalaşdırmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Pakistanlı həmkarı Kavaca Asiflə birlikdə jurnalistlərin suallarını cavablayan Lavrov terrorizmlə mübarizənin iki ölkə arasındakı əməkdaşlığın prioritetlərindən biri olduğunu bildirib.

“Biz Pakistanın terrorizmlə mübarizə gücünün artrılmasına davam etməyə hazır olduğumuzu bildiririk. Bu həm də bütövlükdə regionun marağındadır”, - deyə Lavrov qeyd edib.

O, 2016-cı ildən başlayan Pakistan-Rusiya xüsusi təyinatlı qüvvələrinin birgə hərbi təlimlərinin bu il də davam etdiriləcəyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Pakistan   Abti-terrorizm  


Bizi "telegram"da izləyin