Yaponiyada ABŞ F-16-larının uçuşlarını dayandırmağı tələb edirlər

2018/02/f-16_1519193208.jpg
Oxunub: 2141     14:06     21 Fevral 2018    
Yaponiyanın Aomori prefekturasının Toxoku şəhərinin meri Amerikanın hərbi komandanlığından ABŞ Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının uçuşlarının dayandırılmasını tələb edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Toxoku şəhərinin meri öz tələbini dünən havada mühərriki alovlanan F-16 qırıcısı ilə baş verən qəzadan sonra əhali arasında yaranan narahatlıqla əsaslandırıb və bildirib ki, bir daha belə halın təkrarlanmasını arzu etmir.

Qeyd edək ki, artıq tələb Amerika tərəfinə çatdırılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ   F-16  


Bizi "telegram"da izləyin