Lavrov əlcəzairli həmkarıyla Yaxın Şərqi müzakirə edəcək

2018/02/Lavrov-i-glava-MID-Alzhira-obsudyat-situatsiyu-v-Sirii-240344345645_1519019501.jpg
Oxunub: 2937     13:51     19 Fevral 2018    
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada işgüzar səfərdə olan Əlcəzair xarici işlər naziri Əbdülqadir Messahellə görüşəcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Əbdülqadir Messahelin Moskvaya səfəri aktual beynəlxalq və regional problemlər barədə dərin fikir mübadiləsi aparmağa imkan yaradacaq. Əsasən Şimali Afrika və Səhra-Sahil zonasında, Liviyada, Suriyada mövcud olan vəziyyətin, Yaxın Şərq tənzimlənməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər mövzuların müzakirəsinin aparılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.

Əbdülqadir Messalehin həmçinin Rusiya Təhlükəsizlik Şurası və Dövlət Dumasında da görüşlər keçirəcəyi gözlənilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Əlcəzair   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin