Ukrayna BQ və NATO: Əlaqə var?

2018/02/28190726_2476587412567412_1383900055_n_1518893433.jpg
Oxunub: 3209     02:11     18 Fevral 2018    
Çərşənbə günü Ukrayna prezidenti Petro Poroşenkonun Silahlı Qüvvələrin Baş Qərargahında keçirilən konfransdakı çıxışı “Sərt Cavab 2015” təliminin praktiki nəticələrinə həsr olundu.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarına uyğun olaraq bütün təhlükəsizlik və müdafiə komplekslərinin islahata ehtiyac olduğunu dilə gətirib.

Poroşenko xüsusilə Terrorizmlə Mübarizə Əməliyyatı zonasında ordunun logistik və təchizat ehtiyaclarının yaxşılaşdırılmasının zəruriliyini vurğulayıb. Qərb partnyorlarla əməkdaşlığa da toxunan prezident çox detala girməyib.

Lakin iki tərəf arasında mövcud əməkdaşlığın səviyyəsi bir çoxları tərəfindən tənqid olunur. Ən böyük narahatlıq isə hazırkı müharibədə ən əhəmiyyətli rola malik xüsusi əməliyyat qüvvələrinin formalaşdırılmasıdır. Müharibənin ilk mərhələsində separatçılar tərəfindən də istifadə edilən bu tipli qüvvələrin yaradılmasının narahatlıq doğurması bu qüvvələrin təkcə müdafiə xarakterli deyil, həm də ələ keçirilən ərazilərin azad edilməsinə başlanacağına işarə olmasıdır.

Qeyd edək ki, NATO 2015-ci ilin sentyabrında Kiyevə xüsusi əməliyyat qüvvələri üzrə 2 ekspert göndərdi. Lakin iki ay davam edən missiya nəticəsində verilən hesabatda heç bir nəticə əldə edilmədiyi bildirilib. Əsas səbəb kimi Ukrayna Baş Qərargahı ilə kontaktların zəifliyi göstərilib. Buna görə də NATO əsasən prezident administrasiyası ilə təmasda olur.

İddialara görə, Ukrayna Baş Qərargahı NATO ilə əlaqəni rədd edir. Bu isə Ukraynanın alyansla əməkdaşlığına əngəl törədir.

Baş Qərargahdan isə iddialarla bağlı hələlik heç bir açıqlama verilməyib. Lakin o, NATO ilə birgə xüsusi əməliyyat qüvvələrinin yaradılmasının uğursuz olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petro-Poroşenko   Ukrayna   NATO  


Bizi "telegram"da izləyin