"Birləşmiş Ştatlar KXDR-lə dialoq hazırdır, lakin Pxenyan tərəfindən Koreya yarımadasının nüvəsizləşdirilməsi yönündə addım atılmayacaqsa, heç bir güzəştə getməyə və danışıqlar aparmağa razı deyil".
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Con Sallivan bəyan edib.
"Bu məhz ABŞ vitse-prezidenti Maykl Pens və dövlət katibi Reks Tillersonun nəzərdə tutduqları məsələdir: biz KXDR-lə danışıqlara hazırıq, lakin Koreya yarımadasının nüvəsizləşdirilməsi yönündə Pxenyan hər hansı addım atmasa, danışıqlar aparmaq və güzəştə getməyə razı deyilik", - deyə Sallivan bildirib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
KXDR
Con-Sallivan