Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Parli bu barədə Münxen Təhlükəsizlik Konfransında baş tutan çıxışında danışıb.
“Biz qlobal qarşıdurma riski ilə üz-üzəyik. Alyansların öz aspektləri var, lakin biz avropalılar özümüz də bu məsələni ciddiyə almalı və tədbirlər görməliyik. Avropa dəbdəbə deyil, bir zəruriyyətdir. Lakin biz onu konsensusların bürokratiyası və tiranlığa buraxmışıq”, - deyə nazir qeyd edib.
O, möhkəm Avropa iqtisadiyyatının güclü milli iqtisadiyyatdan doğduğu kimi möhkəm Avropa müdafiəsinin də üzv dövlətlərin səyləri ilə formalaşacağını bildirib.
“Biz öz qonşularımızın təhdidi altındayıq. Hətta NATO və Birləşmiş Ştatlar daha az yardım etdikdə belə zəruri cavabı verməyə hazır olmalıyıq”, - deyə nazir əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az