Pentaqon PYD/PKK-ya 550 milyon dollar ayırmağı düşünür

2018/02/234234_1518501727.jpg
Oxunub: 2823     14:01     13 Fevral 2018    
ABŞ-ın dünən açıqlanan 2019-cu maliyyə ili üçün nəzərdə tutulan büdcəsində PYD/PKK-nın maliyyələşdirilməsi məqsədilə 550 milyon dollar ayrılacağı göstərilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu vəsaitin 300 milyon dolları PYD/PKK-nın təlim və silahlandırılmasına, 250 milyon dolları isə Suriyanın “sərhəd təhlükəsizliyi”nə ayrılacaq.

Büdcənin bu hissəsi Pentaqonun Suriyada “sərhəd qüvvələri” formalaşdırma planında qərarlı olduğunu bir daha göstərib. Həmin plana görə, ABŞ Suriyanın sərhəd ərazilərinin “müdafiəsi” üçün PYD-nin rəhbərliyi altında 30 minlik “ordu” yaradacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PKK   Terror  


Bizi "telegram"da izləyin