ABŞ prezidenti Donald Tramp oktyabrın 1-də başlayacaq maliyyə ili üçün dünən açıqlanan illik büdcəsində Pakistana 256 milyon dollarlıq mülki, 80 milyon dollarlıq hərbi yardım nəzərdə tutulub.
Ordu.az “Pakistan Today”ə istinadən xəbər verir ki, 80 milyon dollarlıq hərbi yardım Pakistanın terrorizmlə və qiyamçılara qarşı mübarizəsini gücləndirmək məqsədilə ayrılıb.
Bundan başqa bu vəsaitin bir hissəsi də Pakistanda fəaliyyət göstərən kontingentin əməkdaşlığı artırılması üzrə istiqamətləndiriləcək.
Qeyd edək ki, bu qərar Trampın Pakistana verilən 2 milyard dollarlıq hərbi yardımı dondurduğunu açıqlamasından sonraya təsadüf edir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Pakistan
Hərbi-yardım