Kim Çen In: “Cənubi Koreya ilə əlaqələrin yaxşılaşdırılması vacibdir”

2018/02/673_1518500137.jpg
Oxunub: 2217     13:28     13 Fevral 2018    
“Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasını davam etdirmək çox vacibdir”.

Ordu.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In bəyan edib.

Məlumatda qeyd edilir ki, Cənubi Koreyadan KXDR-ə qayıdan bacısı Kim Yo Çjonun başçılıq etdiyi nümayəndə heyəti Kim Çen Ina görüşün təfərrüatları və orada Cənubi Koreya prezidenti Mun Mje İnlə baş tutan görüşün detalları barədə məlumat verib.

“Seul və Pxenyanın münasibətlərində indi istiləşmə mərhələsidir. Buna sadiq qalaraq münasibətlərin yaxşılaşdırılmasını davam etdirmək vacibdir”, - deyə Kim Çen In bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya   Kim-Çen-In  


Bizi "telegram"da izləyin