Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, insan hüquqları üzrə beynəlxalq Qeyri-Hökumət Təşkilatı olan “Human Rights Watch” bildirib.
İŞİD şəhərə nəzarət edən dövrdə, şəhər piyada əleyhinə minalarla əhatə edilib. Bunlara kustar üsullarla hazırlanmış partlayıcı qurğular da daxildir.
“İŞİD-in Rəqqada məğlub edilməsi beynəlxalq zəfər olaraq göstərildi, lakin müharibənin ardından xüsusilə minaların ölümcül təhdidinə qarşı beynəlxalq dəstək gəlmədi. Partlayıcı cihazlar yüzlərlə mülki şəxsi öldürüb və yaralayıb. Bu rəqəmlər isə əlavə insanların öz doğma torpağına geri dönməsi ilə daha da artacaq”, - deyə qurumun terrorizmlə mübarizə proqramının direktoru Nadim Huri bildirib.
Ağalar Ağalarlı
Ordu.az