Pekin Suriyanın inkişafında daha aktiv rol oynamaq niyyətindədir

2018/02/IMG-20180212-WA0007_1518458413.jpg
Oxunub: 3146     02:10     13 Fevral 2018    
“Çin Suriyanın münaqişələrdən sonrakı bərpası və inkişafında ölkənin qanunİ rəhbərliyinə yardımı artırmaqla daha aktiv rol oynamaq niyyətindədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin Suriyadakı səfiri Si Syantszin bəyan edib.

“Mən hesab edirəm ki, artıq gücü Suriyanın inkişafı və bərpasına fokuslamaq vaxtıdır. Məncə, Çin bu prosesdə Suriya xalqı və onun qanuni rəhbərliyinə yardım göstərməklə bu prosesdə daha aktiv rol oynamağı planlaşdırır”, - deyə Syantszin bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Suriya  


Bizi "telegram"da izləyin