Afrin əməliyyatlarında 31 Türkiyə əsgəri şəhid olub

2018/02/hid23454_1518442656.jpg
Oxunub: 2445     21:37     12 Fevral 2018    
Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-dən etibarən həyata keçirdiyi “Zeytun Budağı” hərbi əməliyyatlarında bu vaxta qədər 31 əsgəri şəhid olub.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, TSQ məlumat yayıb.

Məlumata görə, Suriyanın şimalında Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Afrinin terrorçulardan təmizlənməsi məqsədilə başladılan əməliyyatlarda həlak olanlardan əlavə 143 əsgər yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   Türkiyə   Şəhid  


Bizi "telegram"da izləyin