Ordu.az “Yeni Şafak”a istinadən xəbər verir ki, əsgərlər Afrinin şimalındakı Sərincək kəndini terrorçulardan təmizləyib. Bundan daha öncə isə Cindərənin qərbindəki Hek İsgəndərə kəndi azad olunub.
Həmçinin Tikmədaşın yaxınlığında, Afrinin qərbində yerləşən Ərəbviran kəndi də azad olunub. Bütün bunlardan sonra artıq Afrinin şəhər mərkəzinə gedən yolda ən əhəmiyyətli qovşaq olan Cindərəyə sadəcə 3 kilometr qalıb.
TSQ və ASO-nun yolundakı yeganə əngəl isə terrorçular tərəfindən əraziyə və yollara yerləşdirilən partlayıcı qurğulardır. Bombalar bir-bir aşkar edilərək, zərərsizləşdirilir. Əməliyyatların başlanmasından bu vaxta qədər 50 fərqli strateji zona terrorçulardan alınıb. Bunlardan biri qəsəbə, 35-i kənd və 13-ü isə yüksəklikdir.
Ağalar Ağalarlı
Ordu.az