Pens: “ABŞ KXDR-lə danışıqlar aparmağa hazırdır”

2018/02/46466606456_1518420755.jpg
Oxunub: 3732     15:30     12 Fevral 2018    
“Birləşmiş Ştatlar KXDR-lə danışıqlar masası arxasında əyləşməyə hazırdır”.

Ordu.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib.

O qeyd edib ki, Cənubi Koreya lidero Mun Çje İnlə Pxenyana bundan sonra da təsir və təzyiqin davam etdirilməsi şərtləri barədə danışıb.

“Bu proses əvvəlcə Cənubi Koreya tərəfindən başlanacaq, daha sonra isə Birləşmiş Ştatlar ona qoşulacaq”, - deyə Pens bildirib.

ABŞ vitse-prezidenti qeyd edib ki, Pxenyana maksimal təsir göstərmək zəruridir.

“Məsələ bundadır ki, təzyiq zəifləməsə, KXDR həqiqətən də nüvəsizləşdirmə yönündə heç bir iş görməyəcək. Maksimal təsir kompaniyası davam edəcək və gücləndiriləcək. Lakin əgər KXDR danışıqlar aparmaq istəsə, biz buna hazırıq”, - deyə Pens vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin