Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Misir Dövlət Televiziyası məlumat yayıb.
Televiziyanın məlumatına görə, Misir Hərbi Hava Qüvvələri qiyamçılara qarşı apardığı kampaniya çərçivəsində 60 hədəfə zərbələr endirib.
Qeyd edək ki, ötən ilin noyabrında yarımadadakı məscidlərdən birində baş tutan terror hücumunun 300-dən çox şəxsin ölümünə səbəb olması ölkə prezidenti Əbdül Fəttah əl-Sisini çox qəzəbləndirib və o, silahlı qüvvələrə 3 ay ərzində ölkədə terrorizmin kökünü kəsmələri barədə əmr edib.
Ağalar Ağalarlı
Ordu.az