Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyi bəyanat yayıb.
Bu bəyanat üç günlük Cənubda səfərdə olan KXDR-in yüksək səviyyəli nümayəndə heyətinin Cənubi Koreya prezidenti Mun Çje-ini danışıqlar üçün Pxenyana dəvət etməsindən sonraya təsadüf edir.
“Səfər göstərir ki, Şimali Koreyanın Koreyalararası əlaqələri gücləndirmək istəyi çox güclüdür və əgər ehtiyac olarsa, o, gözlənilməyən və təcavüzkar tədbirlər görəcək”, - deyə bəyanatda qeyd olunub.
Kim Çen Inın bacısının da iştirak etdiyi nümayəndə heyətinin səfəri Cənubi Koreyada böyük maraq oyatsa da, Şimalın nüvə silahlarından imtina etməməkdə israrlı olması ilə bağlı şübhələri də bərabərində gətirib.
Ağalar Ağalarlı
Ordu.az