Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gecə saatlarında PKK, PYD qruplaşmasının mövqeləri bombardman edilib.
Məlumata görə, türk aviasiyası və artilleriyası ilə atəşə tutulan mövqelər darmadağın edilib. Partlayış səsləri sərhədboyu bölgələrdə eşidilib.
Qeyd edək ki, ötən gün Suriyanın Afrin bölgəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub. Nəticədə 2 pilot həlak olub. Ümumilikdə ötən gün Türkiyə ordusunun 11 əsgəri şəhid olub, bir neçə hərbçi yaralanıb.
Ordu.az