Ordu.az Ostro.org saytına istinadən xəbər verir ki, bu barədə Ukraya Silahlı Qüvvələri Baş Mənzil İstifadəsi İdarəsinin rəhbər müavini, polkovnik Aleksandr Çerginets bəyan edib.
Onun sözlərinə görə, işlərin maliyyələşdirilməsi üç istiqamət üzrə həyata keçiriləcək.
“Vəsaitin 3,01 milyard qriveni hərbi obyektlərin tikilməsi, rekonstruksiyası və əsaslı təmirinə xərclənəcək”, - deyə Çerginets bildirib.
Polkovnik qeyd edib ki, daha bir milyard qriven müqavilə üzrə xidmət edən hərbi qulluqçular üçün daha təkmil kazarmaların tikilməsinə sərf ediləcək.
“Yerdə qalan 59,65 milyon qrivenə isə müqavilə üzrə xidmət edən hərbi qulluqçular üçün kazarmalarda xüsusi avadanlıqlı binaların yaradılmasına xərclənəcək”, - deyə Çerginets vurğulayıb.
Ağalar Qəribov
Ordu.az