Belarusda yeni üzən zirehli avtomobil təqdim olunub

2018/02/1495658313_4ie18e3yfem-696x46445645_1518256088.jpg
Oxunub: 3573     20:17     10 Fevral 2018    
“MİLEX-2017” beynəlxalq silah və hərbi texnika sərgisində ilk dəfə Belarusun “Vitim” üzrə zirehlı maşını ictimaiyyətə təqdim edilib.

Ordu.az İnfokava.com-a istinadən xəbər verir ki, bu barədə military-informant.com saytı məlumat yayıb.

“Vitim” zirehli avtomobili sürətini şosse üzrə 125 km/saat, suda 5 km/saatadək artırmağa qadirdir. Maşını suda üzmək halına keçirmək üçün cəmi bir neçə dəqiqə kifayət edir.

Maşının istehsal edildiyi “Minotor-servis” şirkətinin rəhbəri Dmitri Kovalenkonun sözlərinə görə, zirehli maşı 5 pilləri sürət qutusu və dizel mühərriki ilə təchiz olunub. Maşının tərkib hissələrinin böyük hissəsi isə məhz şirkətin özü tərəfindən istehsal edilib.

“Vitim” həmçinin heyət üzvlərini kimyəvi silah və radiasiyanın təsirlərindən qorumağa qadir xüsusi filtrasiya qurğusu ilə təchiz olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vitim   Belarus  


Bizi "telegram"da izləyin