İMQ 12 Suriya və İran hədəfini bombalayıb

2018/02/3_453428927434534_1518251671.jpg
Oxunub: 1728     16:32     10 Fevral 2018    
İsrail Müdafiə Qüvvələri bu səhər Suriyada keçirilən genişmiqyaslı hərbi əməliyyatlarda İran və Suriyaya məxsus 12 hədəfin vurulduğunu bildirib.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat İrana məxsus dronun Suriya ərazisindən İsrail hava fəzasına keçməsindən sonra başladılıb.

Qeyd edək ki, əməliyyatlar zamanı İsrail HHQ-yə məxsus bir ədəd F-16 İsrailin şimalında qəzaya uğrayıb, pilotlar isə qəzadan əvvəl qırıcını təhlükəsiz şəkildə tərk ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-İran   İsrail   HHQ   F-16  


Bizi "telegram"da izləyin