“ABŞ KXDR-ə münasibətdə hərbi variantları istisna etmir” - Pens

2018/02/456456_1518248116.jpg
Oxunub: 1648     15:33     10 Fevral 2018    
“Vaşinqton KXDR-ə münasibətdə bütün mümkün hərbi variantların istfifadəsini istisna etmir”.

Ordu.az NBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib.

Onun sözlərinə görə, buna baxmayaraq ABŞ KXDR-i iqtisadi və diplomatik təsir vasitəsilə nüvə və raket proqramından imtina etdirəcəyinə ümidvardır.

“ABŞ, Yaponiya, Cənubi Koreya və Amerikanın regiondakı bütün müttəfiqləri müdafiə üçün zəruri olan bütün addımları atmağa hazırdır”, - deyə Pens bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya-böhranı   ABŞ   Pens  


Bizi "telegram"da izləyin