ABŞ-ın aviazərbələrində Rusiyanın hərbi məsləhətçisi həlak olub

2018/02/received_2470745243151629_1518193393.jpeg
Oxunub: 2041     00:17     10 Fevral 2018    
Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələrinin Deyr əz-Zorun şərqində endirdiyi aviazərələr nəticəsində bir neçə Rusiya hərbi məsləhətçisi həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildirib.

Məlumata görə, hücum nəticəsində 3 hökumət meyilli Hizbullah əsgəri, bir neçə qəbilə döyüşçüləri və Rusiya hərbi məsləhətçiləri öldürülüb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət öncə verdiyi bəyanatla ərazidə hərbi personalının olmadığını elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin