İsrail HDQ öz gücünü möhkəmləndirir

2018/02/received_2470730979819722_1518191507.jpeg
Oxunub: 1320     23:54     09 Fevral 2018    
İsrail ordusu donanma üçün Amaniyada dörd dəniz korvetinin tikilməsi ilə bağlı məlumat yayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəyanatda sözügedən gəmilər qarşıdakı 3 il ərzində istifadəyə veriləcəyi bildirilib.

Almaniyanın Kil şəhərində baş tutan mərasimdə İsrail donanmasının komandiri Eliyahu Şarvit tikilməkdə olan gəmilərin İsrail Müdafiə Qüvvələri tərəfindən gücləndirilən donanma gücünün əsas elementlərindən biri olduğunu bildirib.

Qeyd edək ki, İsrail donanması ölkənin su ərazisində yenicə kəşf edilən qaz yataqlarının müdafiəsini təmin etmək məqsədilə son illərdə bəzi güclənmə tədbirləri görür. 2010-cu ildə kəşf edilən qaz yataqları İsrailin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Almaniya   Korvet  


Bizi "telegram"da izləyin