Donbas müharibəsində 2822 ukraynalı əsgər həlak olub – HESABAT

2018/02/received_2470779439814876_1518190666.jpeg
Oxunub: 4649     23:37     09 Fevral 2018    
2014-cü ildən Ukraynanın şərqində separatçıların başlatdığı müharibə nəticəsində bu vaxta qədər ən azı 2822 Ukrayna əsgəri həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “Kyiv Post”un Ukrayna Silahlı Qüvvələri, könüllülər və KİV-lərdən əldə edilən materiallar əsasında hazırladığı hesabatında bildirilir.

Hesabata görə, ümumilikdə 4 illik müharibədə 10300-dən çox ukraynalı həlak olub. Dekabrdan etibarən yenidən qızışan müharibədə təkcə bu ilin ilk iki ayında Ukraynanın ən azı 40 əsgəri həlak olub, 90 nəfər isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin