Pakistan XİN: Ölkəmizi Hindistanın istənilən hücumundan müdafiə etməyə qadirik

2018/02/l_164731_011215_updates-245654_1518175696.jpg
Oxunub: 4446     19:27     09 Fevral 2018    
“Pakistan Silahlı Qüvvələri Hindistanın istənilən təcavüzünə qarşı lazımi cavabı verməyə hazırdır”.

Ordu.az “Pakistan Today”ə istinadən xəbər verir ki, bu fikirləri Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Məhəmməd Feyzəl bildirib.

Bütün dövlətlərin sülh məqsədilə nüvə texnologiyasından istifadə etməyə haqqı olduğunu bildirən Feyzəl Pakistanın bu mənada öz təmkinli siyasətini yerinə yetirdiyini və bütün ölkələrdən eynisini gözlədiyini qeyd edib.

Hindistan Baş Qərargahının yaydığı cəbhə xətti boyunca ölüm xəbərləri haqda verilən suallara bu tipli məlumatların Hindistan zehniyyətinin təcəssümü olduğunu və Pakistanın hələ də qonşuluqda sülhün bərqərar olacağına inandığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin