Vaşinqtona mesaj: KXDR hərbi paradının arxasındakı məntiq

2018/02/106149824043534_1518174073.jpg
Oxunub: 1936     19:01     09 Fevral 2018    
Pyonqçanqdakı oyunlar nə tipli qar gözlənilməsindən asılı olmayaraq, Pxenyanın sonuncu addımı özünün tozunu quru saxlamaqda qərarlı olduğundan xəbər verir.

Cənubi Koreyada bu gün başlayan Qış Olimpiadasından bir gün öncə baş tutan hərbi parad gözlənildiyi kimi təsirli və məğrur olmasa da, bu onun əhəmiyyətini azaltmır.

Qitələrarası ballistik raketlərin heç bir yeni versiyasını təqdim etməsə də, Şimali Koreya artıq sınaqdan keçirilmiş xeyli sayda raketini nümayiş etdirib. Beləliklə o, nüvə gücü statusunu sübut etməyə niyyətli olduğunu bir daha ortaya qoyub.

Bu ilki parad Koreya Xalq Ordusunun qurulmasının 70 illiyinə həsr edilib. Eyni məqsədlə yeni poçt markaları buraxılıb. Markalardan birində Şimali Koreya strateji qüvvələrinin formasını geyinən adam görünür. Digər iki markada isə Kim İr-Senin 1948-ci il fevralın 8-də tarixi paraddakı çıxışından görüntülər əks olunub.

Şouda nə var idi?

Raket rəhbərlik Bürosu 1999-cu il iyulun 3-də qurulub. Bu zaman KXO-nun Quru Qoşunları Artilleriya Komandanlığı nəzdindəki bir neçə raket alayları bir raket alayında birləşdirildi. 2013-cü ildə o, Strateji Raket Qüvvələri oldu. Kim Çen In ilk dəfə Strateji Raket Qüvvələri ifadəsini 2012-ci ildə işlədib.

Dünənki parad açıq şəkildə bu qüvvələrin statusunu yüksəldilməsi məqsədi daşıyır. Elə həmin raket qüvvələri keçməyə hazırlaşarkən Koreya Mərkəzi Televiziyasının da dediyi kimi “Strateji Raket Qüvvələri Koreya Xalq Demokratik Respublikası hərbi gücünün simvoludur”.

Raketlər və tanklar Şimali Koreyanın tarixi Kim İr-Sen meydanına doğru irəliləyir. Həmin meydanda yaxın illərdə əsas nailiyyətlər nümayiş etdirilib: orta mənzilli “Pukquksonq-2” və “Xvason-12” raketləri. Əlbəttəki şounun ulduzları uyğun olaraq keçən ilin iyul və noyabrında sınaqdan keçirilmiş “Xvason-14” və Xvason-15” raketləri idi.

Eyni zamanda ekspretlər Şimali Koreyanın hələ də özünün qaldırıcı nəqliyyat vasitələrini istehsal edə bilmədiyinə diqqət çəkirlər. Çünki bu raketlər yenə də 2011-ci ildə Çindən idxal edilən WS-52100 maşınları ilə daşınıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Hərbi-parad   Xvason-15  


Bizi "telegram"da izləyin