Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya müxalifətinə yaxın bəzi diplomatik mənbələr bildirib.
Mənbələrin məlumatına görə, ABŞ administrasiyasındakı bəzi adamlar Suriyada Rusiyaya qarşı daha sərt mövqe tutmağın tərəfdarıdırlar. Bu məlumat ABŞ rəhbərləyindəki koalisiya qüvvələrinin Suriya hökumət qüvvələrinə qarşı sonuncu hücumundan sonra təsadüf edir.
Həmin diplomatik mənbələr Fransa prezidenti Emmanuel Makronun ABŞ-ın istənilən hücumu dəstəkləməyə meyilli olduğunu bildirir.
Ağalar Ağalarlı
Ordu.az