Aİ hərbi rəhbəri Pakistanın mülki və hərbi liderləri ilə görüşüb

2018/02/eumilitarychief-644x3622345_1518162892.jpg
Oxunub: 4231     15:53     09 Fevral 2018    
Avropa İttifaqı Hərbi Komitəsinin rəhbəri general Mixayl Kostarakos Pakistanın mülki və hərbi liderləri ilə müdafiə əməkdaşlığı üzrə danışıqlar aparıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kostarakos Ravalpindi şəhərində Pakistan Müdafiə naziri Xürrəm Dəstgir Xan, hərbi qərargahda isə Baş Qərargah rəisi Qəmər Cavid Bəcva ilə görüşüb.

Görüşdə əsas toxunulan məqam terrorizmlə mübarizə məsələləri olub. Bundan başqa tərəflər regional təhlükəsizlik məsələləri və ortaq maraqları da müzakirə ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Pakistan  


Bizi "telegram"da izləyin