Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçirilən paradda KXDR hərbi sənayesinin yenilikləri də nümayiş etdirilib.
Paradda artıq Qərbi və KXDR-in ABŞ yönümlü qonşularını dəhşətə gətirən “Xvason-15” və “Xvason-14” qitələrarası ballistik raketləri ilə yanaşı həm də tamamilə yeni operativ-taktiki raket kompleksi nümayiş etdirilib.
Adı bilinməyən tankın KXDR ordusunun digər silahlarına bənzəmədiyi də diqqəti çəkir.
Özüyeriyən artilleriya arasında isə yeniliklər olmayıb. O cümlədən “Sonqun-915” əsas döyüş tankları da nümayiş etdirilib. Bu döyüş maşınlarını çoxsaylı silahlarla təchiz edildiyi və məsafədən idarə olunan atomatik qumbaraatalnarlına görə “ölüm kombaynları” adlandırırlar.
Ekspertlərin diqqətini modernləşdirilən “Strela-10” özüyeriyən raket kompleksi də çəkib. Bu ZRK-lar yeni “yer-hava” raketləri ilə təchiz olunublar.
Ağalar Qəribov
Ordu.az