ABŞ PYD-yə görə Suriya ordusunu bombardmana məruz qoyur

2018/02/16864_808b63d154d0dce7deef68df945f14d6_663645645_1518159936.jpg
Oxunub: 1800     15:04     09 Fevral 2018    
ABŞ Hərbi Hava Qüvvələri növbəti dəfə Suriya ordusunun hissələrinə zərbələr endiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ HHQ Suriya ordusunun hissələrini onlar PYD nəzarətində olan ərazilərə doğru irəliləyərkən havadan bombardmana məruz qoyub.

Rəsmi Dəməşq ölənlərin sayı ilə bağlı hələ açıqlama verməyib.

Xatırladaq ki, bu, ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya ordusuna zərbələr endirdiyi ilk belə hal deyil. Daha öncə Fərat çayının şərq istiqamətində də Suriya ordusu atəşə tutulmuş və 110-dan çox hərbi qulluqçu öldürülmüşdü.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PYD   SQQ  


Bizi "telegram"da izləyin