Ukrayna SQ-də 13 hərbi qulluqçu intihar edib - HESABAT

2018/02/42_main-720x400546_1518156895.jpg
Oxunub: 4415     14:11     09 Fevral 2018    
Ukrayna Silahlı Qüvvələrinin 11 hərbi qulluqçusu yanvar ayı ərzində bu və ya digər şəkildə öz həyatlarına son qoyublar.

Ordu.az 112.ua saytına istinadən xəbər verir ki, bu barədə 2018-ci ilin yanvar ayı ərzində Ukrayna Silahlı Qüvvələrinin qeyri-döyüş itkiləri barədə hesabatda qeyd edilir.

Məlumatda həmçinin Ukrayna Silahlı Qüvvələrinin 2014-cü ildən etibarən qeyri-döyüş itkiləri barədə məlumat Ukraynanın baş hərbi prokuroru Anatoli Matios tərəfindən səsləndirilir.

“Bizdə təxminən 10 min sanitar, ordu üçün yararsız hala gəlmə və intihar hadisələri nəticəsində itki baş verib. Yol nəqliyyat hadisələri, sərxoşluq, silahla ehtiyatsız davranma da buraya aiddir. Dəhşətəgətirən faktlar var – bir əsgər içib və qumbaranı götürərək 13 nəfərin yatdığı çadıra atıb. 13 nəfər! Yarısı ölüb, digər hissəsi orduya yararsız hala gəlib”, - deyə Matios bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin qeyri-döyüş itkiləri döyüş itkilərini üstələyir və bu, dəhşətli faktdır.

Həmçinin ATO-da döyüş fəaliyyətinin başladığı andan Ukrayna Silahlı Qüvvələrinin itkilərinin 11 min nəfər olduğu da vurğulanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ATO   İntihar  


Bizi "telegram"da izləyin