Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Martın 11-13-ü tarixlərinə planlaşdırılan hərbi təlimlərdə 1-ci Kanada Mexanikləşdirilmiş briqadası, ordu ehtiyatı, Kanada reyncerləri və üzən döyüş qruplarından ümumilikdə 350-yə yaxın hərbi qulluqçu iştirak edəcək.
“Əməliyyat Kanada Silahlı Qüvvələrinə ölkənin ən şimal regionlarında öz imkanlarını yoxlamaq və Arktikada baş verə biləcək müxtəlif vəziyyətlərə hazırlıq reaksiyalarını yoxlamaq imkanı verəcək”, - deyə məlumatda qeyd olunur.
Ağalar Qəribov
Ordu.az