Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilir.
"Prezident Tramp və baş nazir Modi Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə ediblər. Hər iki lider Hindistan-Sakit okean regionunda bundan sonra da təhlükəsizliyin təmini və inkişafın davamlı olması barədə də müzakirələr aparıblar", - deyə məlumatda qeyd edilir.
Həmçinin tərəflərin Əfqanıstanda stabilliyə nail olmaq üçün məsuliyyət danışıqlarından da bəhs edildiyi vurğulanır.
Ağalar Qəribov
Ordu.az