Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüşdə tərəflər Suriya böhranının sülh yolu ilə tənzimlənməsini müzakirə ediblər.
Həmçinin Ruhani Ankara, Tehran və Moskvanın Soçidə nümayəndələrinin görüşünü regional problemlərin həlli üçün vacib addım adlandırıb.
Onun sözlərinə görə, bu üç ölkənin əməkdaşlığı regionda stabilliyin inkişafına, mövcud böhranların tənzimlənməsi üçün əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyinə əsas verir.
“Biz regional problemlərin həllinə yardımçı olmaq üçün Türkiyə ilə əməkdaşığı inkişaf etdirməyə hazırıq”, - deyə İran prezidenti bildirib.
Ağalar Qəribov
Ordu.az