Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı keçirərək Rusiya, Türkiyə və İranın Suriya üzrə üçtərəfli formatda yeni əlaqələrini müzakirə ediblər.
Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dabışıqlar çərçivəsində Rusiya, Türkiyə və İranın Suriya istiqamətində birgə işi davam etdirməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin bu formatda müxtəlif səviyyələrdə yeni əlaqələrin prespektivləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Putin-Ərdoğan
Suriya-böhranı