Britaniyanın yeni aviadaşıyıcısı helikopterlərlə ilk missiyasını həyata keçirib – FOTOLAR

2018/02/6_1518000454.jpg
Oxunub: 1748     18:43     07 Fevral 2018    
Britaniya Kral Donanmasının ən böyük döyüş gəmisi əməliyyatlarda iştiraka hazırlıq üçün daha bir addım ataraq ilk dəfədir ki, hərbi təyyarələrlə dənizdə təlimlər keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniyanın yeni “HMS Kraliça Yelizaveta” aviadaşıyıcısı açıq sularda helikopterlərlə necə işləməklə bağlı təlimlərə qatılıb.

65000 tonluq nəhəng gəminin davam edən sınaq və təlimlərinin son hədəfi 280 metrlik göyərtəsindən F35-B qırıcılarını havaya qaldırmaqdır.

Aviadaşıyıcının yola düşməsindən və səfərindən görüntülər:



“HMS Kraliça Yelizaveta” Kral donanmasının rəsmi nümayəndəsi kimi ilk səfərini edir. Portusmut qalasının dəyirmi qalasının yanından keçərkən qala onun yanında cırtdana bənzəyir


Aviadaşıycı polis və yedək qayıqların müşayiəti ilə Portusmutun Spinnaker qalasının yanından keçir


Bu "Kraliça Yelizavet" ilə arxasındakı gəmilərin görünüşüdür


Təsirli avadanlıq hissəsi – İstehsalçının yaydığı gəminin özəyinin vizual görünüşü


Gəminin arxa hissəsin Britaniya Donanma Bayrağı dalğalanır



Kral donanması aviadaşıyıcının keçidinin vidosunu paylaşıb


Yola çıxmazdan əvvəl iki ədəd cüt mühərrikli “Chinook” helikopteri təlimlərdə iştirak etmək üçün göyərtəyə enib


Həmin helikopterin başqa bir görünüşü

Bu helikopterlər Britaniya HHQ-nin əsas güclərindəndir və 1980-ci ildən etibarən xidmətdədir. 30 metr uzunluqlu helikopter 55 nəfəri, 10 ton yük daşıya və 180 mil sürətlə uça bilər. Onlar döyüş helikopteri olmasa da, bir ədəd pulemyot və iki ədəd mini silahla təchiz edilə bilər.


Bir neçə gün sonra Merlin helikoterləri təlimlərə qoşulmaq üçün Kral Donanmasının Kornvaldakı Hava stansiyasından uçaraq aviadaşıyıcıya enib.


Merlin helikopterlərinin başqa bir görüntüsü



“Kraliça Yelizaveta” dünyada ilk cüt-adalı aviadaşıyıcıdır. Çox aviadaşıyıcıların göyərtəsində gəmini yönləndirmək və təyyarələri idarə etmək üçün qüllə olur, lakin “Kraliça Yelizaveta” tapşırıqları bölüşdürür.


Nəhayət HMS Kraliça Yelizaveta gəmisi F-35B qırıcılarını daşıyacaq. Bu qırıcılar göyərtədən tramplin üsulu ilə göyə qalxacaq. Videoda həmin təyyarələrin ABŞ-ın bir bazasında bu yüksəlmə üsulunu məşq etdiyi görünür.


F-35B əməliyyat zamanı – Burada ABŞ Dəniz korpusuna məxsus olan F-35B Kaliforniya səhrası üzərində sursatı sınaqdan keçirirdi


Gələcəkdə “Kraliça Yelizaveta dronlar üçün də platforma ola bilər. Fotodakı Amerika aviadaşıyıcısı “USS Corc Buş”un uçuş göyərtəsində dayanan “Northrop Grumman” X-47B döyüş dronudur


Aviadaşıyıcı son olaraq Britaniyanın cənub-qərb qurtaracağında yerləşən Kornvalın sahillərində görünüb. Bu foto yerli qəzet fotoqraflarından biri tərəfindən çəkilib. Fotoda gəminin “St. Maykl” dağ mayakının yaxınlığında olduğu görünür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Aviadaşıyıcı   Kraliça-Yelizaveta  


Bizi "telegram"da izləyin