Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Pakistan müdafiə naziri Xürrəm Dəstgir Xan səsləndirib.
Həmçinin o bildirib ki, İslamabad və Vaşinqton arasında bütün anlaşılmazlıqları aradan qaldırmaq üçün masadakı hər şeylə nəzakətli lakin amansız səmimi dialoqların vaxtı çatıb.
Dövlətin xarici siyasi xətti və Pakistandakı təhlükəsizlik vəziyyəti haqqında açıqlama verən nazir ABŞ-ın Hindistanın nəzarət xəttindəki təcavüzkar aktlarını görməzdən gəldiyinə təəssüf etdiyini bildirib.
O, Hindistan məsələsinin ABŞ-la Pakistan arasındakı ən əsas ziddiyyət olduğunu qeyd edib.
“ABŞ həmişə bizi Hindistanın təhdid meydana gətirmədiyinə və bizim bu məsələdəki strategiyamızı dəyişməli olduğumuza inandırmağa çalışıb. Lakin həqiqət budur ki, Hindistanın hazırkı imkanları və məqsədləri Pakistana qarşıdır”, - deyə nazir əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az