Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreyadan olan ekspertlərin fikrincə, bu, gözlənilməz uğurdur. Belə ki, son illər ərzində müdafiə sənayesi məhsullarının ixracında ciddi böhran hiss olunurdu.
Hərbi texnika ixracının təfərrüatları açıqlanmır. Yalnız bir neçə müqavilə haqqında məlumat var.
Məlumdur ki, Cənubi Koreya Finlandiya ilə 155 millimetrlik K-9 özüyeriyən haubitsalarına dair müqavilə imzalayıb.
2017-ci ilin mayında isə FA-50PH təlim-döyüş təyyarələrinin Filippinə təchizatı tamamlanıb. Həmçinin Cənubi Koreyadan alınan “Poxanq” tipli korvetlərin xarici ölkələrə satışı barədə bəzi məlumatlar var. Lakin digər təfərrüatlar ictimaiyyətə məlum deyil.
Ordu.az