NATO hərbi komitəsinin rəhbəri general Petr Pavel bu gün Brüsseldə Baş Qərargah rəislərinin 178-ci Sessiyasını açıq elan edib və ittifaqın sabah Gürcüstan və Ukrayna nümayəndələri ilə görüşəcəyini bildirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, general NATO-nun partnyor dövlətləri olan Gürcüstan və Ukraynanın təhlükəsizlik məsələləri ilə bağlı perspektivlərin müzakirə ediləcəyini qeyd edib.
Pavel sessiyanın Alyansın fevralda baş tutacaq Müdafiə Nazirləri zirvəsindən öncə siyasi və hərbi prioritetləri və NATO-nun iyuldakı Sammit üçün gözləntiləri əhatə edəcəyini bildirib.
Sessiya sabah başa çatacaq.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
NATO
Gürcüstan-Ukrayna