Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə ABŞ Birləşmiş Qərargah Rəhbərləri Komitəsinin sədri, general Robert Denford bəyan edib.
O qeyd edib ki, NATO Polşa və Baltikyanı ölkələrdə çoxmillətli qoşunlar yaradıb və bunun da əsas səbəbi Rusiyaya qarşı müqavimətə hazır olmaqdır.
Denfordun sözlərinə görə, Rusiya nüvə potensialı, hərbi dəniz qüvvələri, hərbi aviasiyasını xeyli gücləndirib və Avropa bunun ağır nəticələrini öz üzərində hiss edə bilər.
“Rusiya öz hərbi potensialından istifadə edəcək. Onun davranışını xatırlamaq, Gürcüstan və Rusiyaya baxmaq kifayətdir”, - deyə general vurğulayıb.
Ağalar Qəribov
Ordu.az