Ordu.az “Daily Sabah”a istinadən xəbər verir ki, Əsəd hökumətinə yaxınlığı ilə tanınan “The Al-Masdar News” Vaşinqton və terrorçu qrup arasında gizli razılaşmanı üzə çıxaran hesabat yayıb.
Müxalifətə yaxın mənbələrə əsaslanaraq hazırlanan hesabatda bildirilir ki, müdafiə sistemlərinin çatdırılması ötən həftə ərzində baş verib.
MANPADS, xüsusilə, helikopterlər kimi hava uçan obyektləri hədəf almaq üçün çiyindən atılan, yer-hava raket sistemidir.
Hesabatın yayılması ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada YPG-nin rəhbərliyi altında 30 minlik sərhəd mühafizə qoşunları yaradacağını açıqlamasından sonraya təsadüf edir. Bu xəbər Türkiyə, İran və Rusiya tərəfindən şiddətlə qınanıb.
Xatırladaq ki, ötən həftə “Anadolu” agentliyi tərəfindən hazırlanan hesabatda isə YPG/PYD –nin 400 döyüşçüsünün texniki, hərbi təlim keçdiyi və yüksək texnoloji cihazlar qəbul etdiyi bildirilib.
Ağalar Ağalarlı
Ordu.az