Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya baş naziri Dmitri Medvedyev bəyan edib.
“Texnoloji risklər də var və onlar informasiya sistemlərinin artan qəlizliyi ilə bağlıdır – bu, irimiqyaslı xəta və qəzalara səbəb olur, nəticədə isə kibercinayətkarlıq daha asanlıqla icra edilə fəaliyyət növünə çevrilir. Döyüş aviasiyası, sualtı donanma, raket-nüvə silahlarından fərqli olaraq, kiber silahlar irimiqyaslı sənaye bazasına ehtiyac duymur, demək ki, onların terror təşkilatları tərəfindən istifadə riski də buna uyğun olaraq artır”, - deyə Medvedyev bildirib.
Rusiya baş nazirinin fikrincə, məhz bu səbəbdən bütün ölkələrin rəqəmsal fəzada təhlükəsizliyi təmin etmək üçün daha çox cəhdlər göstərməsi və sıx əməkdaşlıq etməsi zəruridir.
Ağalar Qəribov
Ordu.az