Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər bir sıra aktual beynəlxalq problemlər, xüsusilə də Suriya məsələsinin Suriya Milli Dialoq Konqresi çərçivəsində tənzimlənməsi, o cümlədən İranın nüvə razılaşması ətrafında vəziyyət barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
Nazirlərin həmçinin qarşıdakı Xəzər sammitində imzalanması planlaşdırılan Xəzər dənizinin hüquqi statusu barədə konvensiyanın hazırlıq vəziyyəti barədə danışdıqları da bildirilir.
Ağalar Qəribov
Ordu.az