Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan mütəmadi birifinqdə Qərbdən olan KİV nümayəndələrinin Çinin “Huawei” və “China Mobile” şirkətlərinin ABŞ-dakı fəaliyyəti barədə suallarına cavab verərkən bildirib.
“Məsələnin maliyyə tərəfi ilə əlaqədar konkret detallar barədə məlumatlı deyiləm, onların aydınlaşdırılması üçün müvafiq qurumlara müraciət edib. Lakin qeyd etmək istərdim ki, Çin rəhbərliyi sarsılmaz şəkildə milli şirkətələrə təsir göstərir, bununla da onların yerli qanunlar və qanunvericiliyə riayət etmələrinini təmin olunmasına nail olmağa çalışır. Eyni zamanda biz ümid edirik ki, digər ölkələr Çinə optimal və ədalətli şərtlər təqdim edəcək”, - deyə Lu Kan bəyan edib.
Diplomatın sözlərinə görə, Çin-ABŞ münasibətləri qarşılıqlı səmərəlilik münasibətləri üzərində inkişaf edir və Pekin ümidvardır ki, bu münasibətlər gələcəkdə də uğurla davam etdiriləcək.
Ağalar Qəribov
Ordu.az