ABŞ öz şirkətlərinə çinli müttəfiqlərlə əməkdaşlığı qadağa edir

2018/01/594a588ac461885b248b470934534_1516093600.jpg
Oxunub: 2553     17:32     16 Yanvar 2018    
Amerika qanunvericiləri AT&T şirkətini Çindən olan müttəfiqlərlə əməkdaşlığa son verməyə səsləyirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ qanunvericiləri AT&T şirkətinin Çindən olan mobil telefon istehsalçısı “Huawei” şirkəti ilə bütün kommersiya əlaqələrini kəsməsini istəyirlər. O cümlədən onlar Çinin “China Mobile” mobil operatorunun ABŞ bazarına daxil olmasına izn vermək istəmirlər.

Ekspertlərin ehtiyat etdiyi əsas məsələ milli təhlükəsizliklə bağlıdır. Onların fikrincə, “Huawei” şirkətinin məlumatları Çin təhlükəsizlik orqanlarına ötürülə bilər.

Həmçinin ABŞ Konqresinin nümayəndələri bütün Amerika şirkətlərinə Çindən olan müttəfiqlərlə əməkdaşlığı qadağan etmək niyyətindədirlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Huawei  


Bizi "telegram"da izləyin