Cənubi Koreya MN ordu üçün ağıllı nəzarət kameraları inkişaf etdirir

2018/01/52073f37976e43f892e3e285018822a8456_1516093402.jpg
Oxunub: 3393     17:48     16 Yanvar 2018    
Cənubi Koreya ordusu ən müasir texnologiya ilə hazırlanmış ağıllı nəzarət kamerası ilə təmin ediləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ağıllı nəzarət kameraları naməlum hərəkətləri baş verdiyi andaca müəyyən edə biləcək və hədəfin mümkün yollarını izləyəbilən proqram təminatına malikdir.

Müdafiə Satınalma Proqram İdarəsinin (DAPA) naziri Con Cey-qukun sözlərinə görə Koreya İnternet və Təhlükəsizlik Agentliyi ilə birlikdə hazırlanan kameraların Cənubi Koreya ordusunun təhvil verilməsi insan müdaxiləsini azaltmaqla yanaşı, ölkənin müdafiə və nəzarət sistemini də gücləndirəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Nəzarət-kameraları   DAPA  


Bizi "telegram"da izləyin