Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hərbi Komitənin ilk iclasının açılışını edən Petr Pavel bildirib.
Sessiyada Alyansa daxil olan 29 dövlətin baş qərargah sədrləri iştirak edir.
“NATO-nin modernləşdirilməsi prosesini davam etdirmək, hərbi aktivliyimizə qiymət vermək və hərbi resurslarımızın maksimal effektivliklə istifadəsini təmin etmək zəruridir”, - deyə Pavel bəyan edib.
Onun sözlərinə görə, Alyansın qonşu regionlarda stabilliyi bərpa etmək üçün inkişaf etdirilməsi də ən önəmli işlərdən biridir.
General həmçinin qeyd edib ki, Brüsseldə Hərbi Komitə çərçivəsində Ukrayna-NATO və Gürcüstan-NATO görüşləri keçiriləcək.
Xatırladaq ki, sessiyada Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edir.
Ağalar Qəribov
Ordu.az